Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri cəzalandırılıb

Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri

cəzalandırılıb

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 464, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülmüş, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Yanvar ayı ərzində əhali arasında 65 qida zəhərlənməsi hadisəsi baş vermiş, 67 nəfər zərərçəkən olmuşdur. O cümlədən 5 botulizm hadisəsi baş vermiş, 8 nəfər zərərçəkən olmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

26/02/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013