Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qaradağ rayonunda 115 nəfər məişət qazından zəhərlənmişdir

Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində ötən gün günorta saatlarında məişət qazından kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdır.

Martın 5-i saat 19:00 radələrində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi Yardım stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsi sakinləri tərəfindən kütləvi zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olmuşdur. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal hadisə yerində gəlmiş və 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoymuşdur. Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilmişdir. 45 nəfəri isə Təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilmişdir. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunmuşdur. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün bu gün səhər saatlarında evlərinə buraxılmışdırlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

6/03/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013