Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 17 mart 2014-cü il tarixində saat 13:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Lənkəran, Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini qəbul etmişdir. Ümumilikdə 29 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

Qəbulda, həmçinin TYTŞ müdiri Gülmirzə Poladov, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev, Mirqasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Xəstəxanasının baş həkimi Yusif Əliyev də iştirak ediblər. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür .

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı.

17/03/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013