Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Saxta dərman hazırlayan bir qrup cinayətkar aşkarlanmışdır

Milli təhlükəsizlik Nazirliyi və Səhiyyə Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər zamanı saxta dərman vasitələrinin hazırlanması ilə məşğul olan bir qrup şəxs müəyyənləşdirilmişdir. Keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınmışdır.

Keçirilmiş tədbirlər nəticəsində Ağsu rayon sakini 1971-ci il təvəllüdlü, ixtisasca ali təhsilli əczaçı Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə bilikləri olduğundan ucuz qiymətə aldığı “noşpa”, “bromqeksin”, “seftriakson” tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirərək Rusiya və Türkiyə istehsalı olan, bahalı “Primavir”, “Sefoqram”, “Pulmaksol” və. s. adı ilə hazırlayaraq satışını təşkil etməyə cəhd göstərmişdir.

“Primavir”, “Sefoqram”, Pulmaksol” adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayon ərazisində yaşayan 1985 -çi il təvəllüdlü, Müzəffərov Polad Tofiq oğluna məxsus mətbəədə hazırlanaraq çap olunmuşdur. İş başa çatdıqdan sonra Polad Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırmışdır. Lakin hadisə yerinə baxış zamanı saxta dərman vasitələrin hazırlanmasına dair mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkarlanmışdır.

Saxta dərman vasitələrinin nümunələri, o cümlədən küllü miqdarda ampullar, qutular, etiketlər, istifadə qaydalarına dair təlimatlar, hazırlanması üçün xüsusi avadanlıqlar və alətlər maddi sübut kimi götürülmüş və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim olunmuşdur.

Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

Müsadirə olunan maddi sübutlar:

1. “Primavir” dərman qutusu - 5000 ədəd;

2. “Primavir” dərman üçün etiket- 86030 ədəd;

3. İçərisində şəffaf maye olan 2 ml-lik ampula etiketsiz - 3500 ədəd;

4. üzərinə “Primavir” etiketi yapışdırılmış hər birində 5 ədəd 2 ml-lik ampula olmaqla 23 ədəd ampula üçün tarada -115 ampula

5. 2 ml-lik ampula üçün boş tara – 838 ədəd;

6. ”Prinavir” dərman vasitəsinin istifadəsi üçün təlimat -4500 ədəd

7. “Primavir” dərmanının ampulası üçün hər birində 110 etiket olmaqla 2 vərəq neqativi- 1 vərəq;

8. “Primavir” dərmanının seriyasını və yararlıq müddətini göstərən neqativi -1 vərəq;

9. “Pulmaxsol” dərman qutusu, qırmızı rəngdə - 2180 ədəd;

10.”Pulmaxsol”dərman qutusu , yaşıl rəngdə -230 ədəd;

11.”Pulmaxsol” etiketi, qırmızı rəngdə - 3980 ədəd;

12.“Pulmaxsol” etiketi yaşıl rəngdə rəngdə -1500 ədəd;

13.”Pulmaxsol” dərman vasitəsinin istifadəsi üçün təlimat - 2576 ədəd;

14.”Sefoqram -1 q” dərman qutusu 1400 ədəd;

15.”Sefoqram – 1г” dərman etiketi – 1965 ədəd;

17. цzяrindя yazısı olmayan, 100 ml-lik шцшя flakonda шяffaf maye – 14 flakon;

18. plastik materiallardan olan 20 ml-lik tibbi ölçü plastik qapağı - 100 ədəd;

19. “Paper Cuter” markalı kağız doğrayan -1 ədəd;

20. üzərində “9777” yazılmış vərəq küncü kəsmək üçün əl cihazı - 1 ədəd;

21. “SP-series” markalı vərəq küncü kəsmək üçün əl cihazı - 1 ədəd;

22. “Moment” yapışqanı - 3 tübik

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

19/03/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013