Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Tərtər rayonunda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Tərtər rayonunda vətəndaşları qəbul edəcək

 

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 18 aprel 2014-cü il tarixində saat 12.00-da Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir, Tərtər rayon sakinləri ilə yanaşı Ağdam, Bərdə, Mingəçevir, Yevlax rayon sakinlərini də qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda, habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcəkdir.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Tərtər Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

17/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013