Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Tərtər rayonunda vətəndaşları qəbul etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev Tərtər rayonunda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 18 aprel 2014-cü il tarixində saat 12.00-da Tərtər Mərkəzi Rayon Xəstəxanasında Ağdam, Bərdə, Mingəçevir, Yevlax rayon sakinlərini qəbul etmişdir. Ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

 

Qəbulda, həmçinin TYTŞ müdiri Gülmirzə Poladov, ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev, Mirqasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Xəstəxanasının baş həkimi Yusif Əliyev də iştirak ediblər. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür .

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı.

18/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013