Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutunda «Antimikrob kimyəvi terapiyası» mövzusunda konfrans keçirilmişdir

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutu 2005-ci ildən etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası ilə imzalanmış müqavilə əsasında müxtəlif istiqamətlərdə əməkdaşlıq aparır.Bu illər ərzində müqavilə çərçivəsində institutun çoxsaylı gənc kadrları Moskva şəhərində təkmilləşdirilmə kurslarına göndərilmiş və onların əldə etdikləri bilik və bacarıqlar bu gün kafedralarda tədris prosesində geniş istifadə olunur. Həmçinin RDSTA-nın professor-müəllim heyətinin iştirakı ilə Həkimləri Təkmilləşdirmə institutunda ehtiyac duyulan mövzularda həm səyyar, həm də səyyar-distant təkmilləşmə kursları keçirilmişdir ki, bu kurslarda 600-dən yuxarı yerli həkim kadrlar təhsil almışlar.İki təhsil müəssisəsinin əməkdaşlığı bu gün də davam edir və yeni formalarda həyata keçirilir. Buna ADHTİ-da 21aprel 2014-cü il tarixində keçirilən digər bir elmi tədbiri- «Antimikrob kimyəvi terapiyası» mövzusunda Elmi-Praktik konfransı misal göstərmək olar. Konfransı Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası və Rusiya Federasiyasının Smolensk şəhər Tibb Akademiyasının Antimikrob Kimyəvi terapiyası İnstitutu birgə keçirirlər. Elmi-Praktik konfransı giriş sözü ilə Ə.Əliyev ad.Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun rektoru t.e.d. N.A.Qasımov açdı. O qeyd etdi ki, mövzu Səhiyyəmiz üçün çox aktualdır. Hazırda infeksion xəstəliklərin əhatə dairəsi daim artır və dəyişir. Müasir dövr üçün yeni infeksiyaların aşkarlanması, mikroorqanizmlərə tətbiq edilən preparatlara qarşı davamlılığı və bu preparatların yan təsirlərinin üzə çıxması, köhnə antibiotiklərin yeniləri ilə əvəz olunması xarakterikdir.Bu baxımdan hazırda mövcud olan müasir antibakterial terapiyanın prinsipləri ilə həkimlərin tanış olması çox önəmlidir. Konfransın işində Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyasının Pulmonologiya kafedrasının müdiri, t.e.d., professor A.İ.Sinopalnikov və Smolensk şəhəri Tibb Akademiyasının Antimikrob Kimyəvi Terapiyası İnstitutunun direktoru və Rusiya Regionlararası Klinik Mikrobiologiya və Kimyəvi terapiyası Assosiasiyasının Prezidenti professor.R.S.Kozlov məruzəçi kimi iştirak etdilər. Konfransda müxtəlif məruzələr nəzərdə tutulmuşdu. İlkin olaraq professor R.S.Kozlov « Antibiotokorezistentlik milli təhlükə kimi» « Xroniki obstruktiv ağciyər xəstəliklərinin infeksion kəskinləşmələri zamanı antibiotikoterapiya», xəstəxadankənar pnevmoniyanın rasional antibiotik terapiyasaına və intraabdominal infeksiyaların müalicəsinin müasir aspektlərinə dair məruzələr dinlənildi. Sonda ADHTİ-nin Pediatriya kafedrasının dosenti, t.ü.f.d. N.A.Hacıyeva « Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya» mövzusunda çıxış etdi. Konfransın işində həmçinin ADHTİ-nin professor -müəllim heyəti,rezidentlər və çoxsaylı həkim-müdavimlər iştirak etmişdirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013