Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin mart ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 5 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 246, toksikoloji göstəricilərinə görə 193, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 11-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 760 yaxma nümunəsi, 5 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 7 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Mart ayı ərzində əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş vermiş, 83 nəfər zərərçəkən olmuşdur. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 7 nəfər zərərçəkən olmuşdur.

22/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013