Səhiyyə nazirliyinin əməkdaşları Fəxri xiyabanı ziyarət etmişlər
Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümüdür. Bu münasibətlə bu gün Səhiyyə Naziri Oqtay Şirəliyev başda olmaqla, nazilrliyin kollegiya üzvləri və əməkdaşları, habelə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kolektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə əklil qoyulmuşdur.