Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir sıra tibb müəssisələri təmirdən sonra istifadəyə verildi

 Ümummilli lider H.Əliyevin anadan olmasının 91 iliyi münasibətilə paytaxtda bir sıra tibb müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün 08.05.2012-ci il tarixində Yasamal rayonunda inşa olunan 39 saylı şəhər poliklinikası 25 min nəfər əhaliyə xidmət edəcək. Belə ki, müasir standartlar səviyyəsində tikilib istifadəyə verilən bu tibb müəssisəsində Ultrasəs müayinə aparatı, Elektrikardioqramma, rentgen, lor, stomatoloji və oftalmoloji kabinetlər fəaliyyət göstərəcək. Uşaqlara da ambulator tibb xidmət göstərəcək səhiyyə ocağındakı klinik labarotoriya, qangötürmə, fizoterapiya və kiçik cərrahiyə otaqları da lazımi tibbi avadanlıqlarla tam təchiz olunmuşdur.

Bu gün eyni zamanda Əfəndiyev adına 2 saylı klinik xəstəxanan cərrahiyyə korpusu da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 100 çarpayılıq cərrahiyyə korpusunda reanimasiya zalları və palatalarda əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

08.05.2014-cü il tarixində təmirdən sonra istifadəyə verilən səhiyyə ocaqlarından biri də 1 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasının terapevtik korpusudur. 94 çarpayılıq xəstəxanadakı bütün palatalar 2 nəfərlikdir. Tibb müəssisəsinin reanimasiya zalı, mətbəx və istirahət guşəsi yüksək zövqlə təmir olunub. 1 saylı qadın məsləhətxanası da əsaslı şəkildə təmir olunub. Burada pasiyentlərin müayinə və müalicəsi, eləcə də onlara yüksək tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013