Oqtay Şirəliyev Quba Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 14.05.2014 –cü il tarixində saat 11:00-da Quba Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Quba şəhər vətəndaşları ilə yanaşı ətraf rayonlardan olan Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qubadlı və Sumqayit şəhər sakinlərinin də səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
12/05/2014