Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Quba şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, hakimiyyət orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

 

Regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 14-də səhiyyə naziri Oqtay Şirəliyev Quba Diaqnostika Mərkəzində ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları və Sumqayıt şəhəri sakinlərinin, həmçinin Qubadlı rayonundan olan məcburi köçkünlər onları narahat edən məsələlərə bağlı nazirə müraciət etmişlər.

 

Oqtay Şirəliyev müraciətləri diqqətlə dinləmiş, Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir.

 

Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbulda, ümumilikdə, 60-dan çox vətəndaş iştirak etmişdir.

 

Vətəndaşlar bölgələrdə qəbulun təşkilinə və onlar üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013