Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Doğuşayardım Kommisiyasının iclası keçirilmişdir

22 may 2014-cü il tarixində Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının növbəti iclası keçirilmişdir. İclasda Ağstafa rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində və Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunmuşdur. Müzakirələr və aparılan araşdırmalar zamanı hər iki doğuşayardım xidmətinin rəhbərləri tərəfindən bu fəaliyyətin təşkilində və həyata keçirilməsində ciddi nöqsanlara yol verdikləri üçün Komissiyanın rəyinə əsasən Ağstafa rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Z.Məmmədovanın və Sabirabad Perinatal Mərkəzinin direktoru V.Məmmədovun tutduğu vəzifədə qalmaları məqsədəuyğun hesab edilməmişdir.

Bundan əlavə ana ölümləri ilə əlaqədar aidiyyatı şəxslərin də öz işlərində yol verdikləri nöqsanlar aşkarlanmış və komissiya üzvlərinin qərarı ilə müvafiq inzibatı tənbeh tədbirləri müəyyənləşdirilmişdir.

Ağstafa rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri və Sabirabad Perinatal Mərkəzinun direktoru V.Məmmədov artıq tutduğu vəzifədən azad edilmişlər.

 

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

23/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013