Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyəti”nin 1-ci Konqresi başlamışdır

06-07 iyun 2014-cü il tarixilərində Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi öz işinə başlamışdır. Konqres 14:00-da Ə.Əliyev adına ADHTİ-da təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, son illər ərzində otorinolorinqologiya elmi ciddi inkişaf yolundadır. Bu elmi inkişafa müxtəlif ölkələrin alimlərinin birgə əməyi öz töhfələrini verir.

2011-ci ildə Azərbaycanlı otorinolarinqoloqların təklif etdiyi ortaq cəmiyyətinin qurulması təklifi müsbət qarşılanmış və mərkəzi Ankarada yerləşməklə “Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyəti” (NERAS) qurulmuşdur. Məhz, yuxarıdakı göstərilənləri nəzərə alaraq, cəmiyyətin ilk beynəlxalq konqresinin Azərbaycanda , Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013