Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəsmi internet səhifəsi NETTY2014 qalibi oldu
Ötən gün, 11.06.2014-cü il tarixində Səməd Vurğun adına Rus Dram Teatrında NETTY2014 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatlandırma mərasimi kecirilmişdir.
AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə təşkil olunmuş mərasimdə ölkənin bir sıra İT-şirkətlərinin nümayəndələri, nominantlar, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak etmişdir.
NETTY 4014 Azərbaycanın Milli Internet Mükafatının qalibləri elan edilmişdir. Rəsmi şəraitdə nominasiyalar üzrə bu il ən yaxşı milli veb-saytları, layihələri və proqramları elan edilmiş və qaliblərin siyahısı acıqlanmışdır. Rəsmi Dövlət saytları sırasında birinci yerə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytı http://health.gov.az/ layiq görülmüşdür.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
12/06/2014