Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Balakən rayonunda vətəndaşlarını qəbul edəçək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 20.06.2014-cü il tarixində saat 11:30-da Balakən Mərkəzi Rayon Xəstəxanasında Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ, Oğuz rayon sakinlərini qəbul edəcəkdir.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

 

19/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013