Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Balakən rayonunda vətəndaşları qəbul etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev Balakən rayonunda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 20 iyun 2014-cü il tarixində saat 11:30-dan etibarən axşam saatlarına kimi Balakən Mərkəzi Rayon Xəstəxanasında Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, rayon sakinlərini qəbul etmişdir. Ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Beləki, qəbula gəlmiş kəskin ürək qüsurundan əziyyət çəkən hamilə qadın, nazir tərəfindən xüsusi tapşırıqla Respublika Perinatal Mərkəzinə göndərilmiş, habelə görmə problemi olan göz xəstəliyindən əziyyət çəkən yaşlı şəxs ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov tərəfindən yerindəcə müayinə olunmuşdur, müraciət etmiş onkoloji xəstələrə dair müvafiq qurumlara göstərişlər verişmiş,

Qəbulda, həmçinin TYTŞ müdiri Gülmirzə Poladov, ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev, Mirqasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Xəstəxanasının baş həkimi Yusif Əliyev, ET Mamalıq və Ginekologiya İnstitutundan Sərheyil Nocuyev də iştirak ediblər. Qəbula gələn vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür .

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı.

20/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013