Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq təşkilatlar Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması işini yüksək qiymətləndirir

Azərbaycanda Milli Reproduktiv sağlamlıq strategiyası və Sağlam analıq Milli Proqramı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu barədə səhiyyə nazirliyinə BMT-nin Əhali Fondu-Unfra Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Heimo Laakonen öz məktubunda qeyd etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan hökumətinin xüsusən də ölkədə olduqca güclü perinatal müalicə xidmətlərinin qurulması və perinatal mərkəzlər şəbəkəsinin operativ vəziyyətə gətirilməsi sahəsində ana ölümü səviyyəsinin gözəçarpan şəkildə azaldılmasına nail olunmuşdur. Mülahizədə Reproduktiv sağlamlığa dair Ana ölümü indeksinin nəzərə çarpacaq dərəcədə azalması, BMT-nin Əhali Fondunun ölkəmizdə icra olunan proqramlarında Səhiyyə Nazirliyinin fəal iştirakı, Sağlam Analıq Milli Proqramının həyat keçirilməsində xüsusi səylərin göstərilməsi, “Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlanması haqqında Qanun”un qəbul edilməsində göstərilən səylər və bu kimi tədbirlər çox yüksək qiymətləndirilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

7/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013