Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 11 iyul 2014-cü il tarixində saat 11:00-da Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcəkdir. Nazir Sumqayıt sakinləri ilə yanaşı Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaqdır.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləçək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

10/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013