Biləsuvarda ikimərtəbəli xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verilib
Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə yardımı ilə Biləsuvarda tikilmiş ikimərtəbəli xəstəxana binası səhiyyə Nazirliyinin balansına verildi. Tikiliş və dizaynına görə seçilən bu möhtəşəm yeni klinikanın Səhiyyə Nazirliyinin balansına verilməsi yerli əhali üçün böyük hədiyyə kimi qiymətləndirilmişdir. Beləki, 2013-cü ilin sentyabr ayından Biləsuvar Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığından rayon əhalisi müəyyən çətinliklərlə üzləşirdilər. Bu da öz növbəsində müəyyən vaxt itkisinə səbəb olurdu.
Qısa vaxt ərzində Səhiyyə nazirliyi xəstəxananı müasir tələblərə cavab verən lazımi tibbi avadanlıq və ləvazimatlarla tam təmin etmişdir. Hazırda hər cür müasir tibb avadanlıqlarla təchiz edilmiş 38 çarpayılıq yeni xəstəxana rayon sakinlərinin tələbatını ödəyir. Xəstəxanada uşaq poliklinikası, uşaq stasionar və doğum şöbələri fəaliyyət göstərir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
14/07/2014