Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyevin Balakən rayonunda keçirdiyi qəbulun nəticələri

 20 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyev Balakən rayon Mərkəzi Xəstəxanasında Balakən və ətraf rayonlardan olan Şəki, Zaqatala, Qax, Qəbələ, Oğuz rayon sakinlərini qəbul etmişdir. Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər vermişdir. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 2 nəfər- Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər- Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər -2 nömrəli Uşaq Klinik Xəstaxanasına, 1 nəfər- ET Hematologiya və Transfuziologiya İnstitutuna və Milli Onkologiya Mərkəzinə, 11 nəfər- Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər - Respublika Klinik Xəstəxanasına, 2 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər-Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər- Şəki Perinatal Mərkəzinə göndərilmiş və səhhətləri nəzarət altına götürülmüşdur.

Qəbul zamanı Balakən kənd xəstəxanasının tikilməsi ilə əlaqədar müraciət etmiş 2 vətəndaşa “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni kənd xəstəxanasının tikintisinin nəzərdə tutulması barədə, 1 nəfərin - Zaqatala uşaq poliklinikasının təmir işləri ilə əlaqədar köçürülməsi barədə müraciətinə hazırda poliklinikanın praktiki fəaliyyət göstərməsi və.s bu kimi məlumatlar verilmişdir.

Daha sonra övladı Belarusiyada müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsə bütün müayinə və müalicənin dövlət hesabına ödənilməsi şərti ilə ölkəyə gətirilməsi məsləhət görülmüşdür.

Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən MRX-nın rəhbərliklərinə tapşırıqlar verilmişdir.

Qəbul zamanı daxil olmuş bir necə müraciət isə dövlət başçısına və səhiyyə nazirinə əhalinin sağlamlığına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmək üçün olmuşdur.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

15/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013