Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günüdür

İnsanın xroniki xəstəliyə məruz qaldığı hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyası 2010-cu ildə 18 saylı Qərar qəbul etmişdir. Qərara əsasən hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırmış və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir. Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

 

Bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində ölkəmizdə də cox əhəmiyyətli addımlar atılır.

Bu addımlardan ən önəmlisi olan, səhiyyə naziri cənab Oqtay Şirəliyevin Hepatit virusuna yoluxmuş xəstələrin diaqnozlarının müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə əmr imzalamasıdır. Həmin əmrə əsasən Səhiyyə Nazirliyində “Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya” yaradılmıdır. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmişdir. Respublikanın şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilmişdir.

Əmirdə hepatit virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilməsi və bu kimi əhəmiyyətli faktlar əks olunmuşdur.

Hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

Ölkəmizdə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşmüşdür. Beləki, 2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdursa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə a.karlanıb. 2013-cü ildə isə hər birində xeyli azalma müşahidə olunub. Beləki, ümumi aşkarlanmış 524 haldan Hepatit A 150, B 223, Hepatit C 151 nəfərdə aşkarlanmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

 

25/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013