Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mehriban Əliyevaya həsr olunmuş “Mərhəmətdən yanan çıraq” kitabının təqdimatı oldu

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən ”Mərhəmətdən yanan çıraq” kitabının təqdimatı olub. Tədbirdə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi, geniş tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Səhiyyə naziri Oqtay Şirəliyev xeyirxahlıq, mərhəmət və humanizm ünvanı olan Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar aksiyalardan, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələrdən danışdı. Bildirdi ki, Azərbaycanın birinci xanımının nəciblik və insanpərvərliyi, yüksək mənəvi keyfiyyətləri və tükənməyən yaxşılıq etmək istəyi , hədsiz xeyirxahlıq və həssaslığı onun şəxsiyyətinin zənginliyinin göstəricisidir. Vaxtilə nəcib həkimlik peşəsini seçən Mehriban xanım bu gün öz peşəsinin daşıdığı müqəddəs amal uğrunda çalışaraq Azərbaycan səhiyyəsi, vətəndaşların sağlamlığı üçün böyük və genişmiqyaslı işlər görür. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan “Mərhəmətdən yanan çıraq” fotoalbom da Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın bütövlükdə səhiyyə sisteminin inkişafı və onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələrə həsr olunub. Nazir qeyd etdi ki, Heydər Əliyev Fondunun reallaşdırdığı “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talessemiyasız həyat naminə” proqramları , eləcə də ayrı-ayrı konkret şəxslərin, xüsusi ilə uşaqların sağlamlığı naminə atılan addımlar çox əhəmiyyətlidir. Mehriban Əliyevanın təşəbbüsü ilə H.Əliyev Fondu həm tibb müəssisələri şəbəkəsinin inkişafı, səhiyyə ocaqlarının tikilməsi və əsaslı təmiri üçün önəmli işlər görür, həm də səhiyyədə yeni texnologiyaların tətbiqinə və ən müasir tibbi cihaz və avadanlıqların ölkəmizə gətirilməsinə yardımçı olur. Tədbirdə Səhiyyə Nazirliyin Elmi-Tədqiqat Pediatiriya İnstitutunun direktoru Nəsib Quliyev, Talessemiya Mərkəzinin direktoru Rauf Rzayev,1 saylı uşaq internat evinin direktoru Nərminə Zöhrabova və başqaları Heydər Əliyev Fondu prezidentinin xəstə və əlil uşaqların sosiai-psixoloji reablitasiyası, irsi qan xəstəlikləri və şəkərli diabetdıən əzityyət çəkənlərin müalicəsi, eləcə də təbabət sahəsində milli-mədəni irsimizin qorunması, xaricdə humanitar aksiyalar vasitəsilə Azərbaycanın təbliği kimi böyük əhəmiyyət daşıyan fəaliyyətindən konkret faktlarla söz açdılar.

Mərasimdə Mehriban Əliyevanın beynəlxalq aləmdə səhiyyə sahəsindəki fəaliyyəti də yeksək qiymətləndirildi. Təsadüfi deyil ki, o, ana və uşaq sağlamlığının qorunması işindəki müstəsna xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatına, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsindəki yüksək nailiyyətlərinə görə “Qızıl ürək”beynəlxalq mükafatına layiq görülüb. İnsanların səhhətinin qorunması, xəstələrin şəfa tapması , ümumiyyətlə ölkə səhiyyəsinin tərəqqisi naminə gördüyü işlərlə Azərbaycanın birinci xanımı xalqımızın dərin sevgisini qazanıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/08/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013