Oqtay Şirəliyev Xaçmazda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 29 avqust 2014-cü il tarixində saat 11:00-da Xaçmaz Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Quba, Qusar, Şabran, Xaçmaz rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Xaçmaz Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.