Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri yüksək səviyyədə və zövqlə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.

Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Beləliklə, Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.

Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək öz ürək sözlərini.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/09/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013