Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaqların icbari dispanserizasiyası müvəffəqiyyətlə davam edir

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası məqsədilə Sumqayıt şəhər Səhiyyə şöbəsinin təşəbbüsü ilə Təhsil şöbəsi ilə birlikdə müvafiq tibb müəssisələrinin baş həkimləri və təhsil müəssisələrinin direktorlarının iştirakı ilə bu işin təşkili məsələsi geniş müzakirə olunmuşdur.

Eyni zamanda yerli “Dünya” televiziya kanalında uşaqların icbari dispanserizasiyadan keçirilmələrinin onların sağlamlığının mühafizəsi sahəsində böyük əhəmiyyəti olması barədə valideynləri məlumatlandırmaq üçün həkim-mütəxəssislərin iştirakı ilə canlı yayım təşkil edilmiş, onların coxsaylı sualları cavablandırılmışdır.

Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Uşaq poliklinikalarında həkim-mütəxəssislərdən ibarət təşkil edilmiş briqadalar tərəfindən təhsil müəssisələrində uşaqların dispanserizasiyadan keçirilməsinə başlanmışdır.

Hazırki dövrə qədər məktəblilərin 88,2 faizi dispanserizasiyadan keçirilmişdir. Təxminən 30 faizə qədər uşaqlarda aşkar edilmiş xroniki xəstəliklər və müxtəlif patoloji vəziyyətlərə görə onlar Uşaq poliklinikalarında əlavə müayinəyə cəlb edilmiş, tələb olunan hallarda stasionara göndərilmiş və bu uşaqların sağlamlaşdırılmasına başlanmışdır.

Təhsil müəssisələrindəki uşaqlarla yanaşı uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

24/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013