Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanada Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri beynəlxalq konfransı keçirilir

Azərbaycanada Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri beynəlxalq konfransı keçirilir

 

20-22 Noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzin təşkilat dəstəyi ilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək “Anadangəlmə ürək xəstəliklərin müalicəsində yenilikləri” adlı Azərbaycan Beynəlxalq Ürək Qrupunun 1-ci beynəlxalq konfransı keçirilir. Keçirilən beynəlxalq konfrans “20 noyabr Ümumdünya Uşaqlar Günü”-nə həsr olunub. Bu mühüm beynəlxalq tədbir eyni zamanda uşaq hüquqlarının əsas təməli sayılan “Sağlamlıq Hüququ”nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövlətinin və səhiyyəsinin göstərdiyi humanist dəstəyin gözəl nümunəsidir.

 

Dörd qitəni ( Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları Azərbaycanda bir araya gələrək dünya ictimaiyyətinin diqqətini bir daha mühüm problemlərə yönəldəcəklər.

 

Konfransın innovativ və zəngin elmi proqramı pediatriya, kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrinin əsas istiqamətlərini əhatə etməklə anadangəlmə ürək qüsurlarının diaqnostikasında, müalicəsində ən son yenilikəri, tədqiqatlarda elmi və texnoloji nailiyyətləri özündə əks etdirir.

 

Konfransda tanınmış beynəlxalq mütəxəsislərin məruzələri, həmçinin klinik kurslar, canlı cərrahiyyə yayımı və video prezentasiyalar təşkil olunacaqdır.

 

Konfransın əsas mövzuları:

 

• Anadangəlmə ürək xəstəlikləri – morfologiya və exokardioqrafiya kursu (Avropa Pediatrik Kardiologiya Cəmiyyəti tərəfindən təşkil olunur)

• Prenatal diaqnostika

• Anadangəlmə ürək xəstəliklərində Dünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi peyvənd proqramı

• Anadangəlmə ürək xəstəliyi olan qadınlarda hamiləlik və kontrasepsiya

• İncaziv pediatrik kardiologiyada dünyadakı son yeniliklər

• Uşaq ürək cərrahiyyəsində son nailiyyətlər

 

Konfransda yerli və beynəlxalq mütəxəsislər arasında aparılacaq qlobal elmi-təcrübi fikir mübadiləsi respublikamızda anadangəlmə ürək xəstəliklərinin proflaktikasıda, erkən diaqnostikasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin və keyfiyyət sisteminin tətbiqinə təkan verəcəkdir.

 

Səhiyyə Nazirliyin mətbuat xidmətinin məlumatı

 

22/11/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013