Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 26 aprel 2019-cu il tarixində saat 12:00-da Şəki Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Aprelin 24-dən 30-dək Azərbaycanda immunlaşdırma həftəsi keçirilir. Bu münasibətlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
19 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkil etdiyi “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirildi.
Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Təbabətin aktual problemləri - 2019” mövzusunda beynəlxalq elmi–praktik konfrans keçirilib.
Üç həftə əvvəl üzərində öd kisəsi əməliyyatı aparılmış 34 yaşlı qadın xəstə sol aşağı ətrafda kəskin ağrıların olması və bütün aşağı ətrafda şişkinlik yaranması ilə əlaqədar Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.
05.04.2019-cu il tarixində səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı Əmr, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
11 aprel 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib.
Avropa Dərman Agentliyinin 15 fevral 2019-cu il tarixli EMA/114407/2019 nömrəli “Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd dərc edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.
2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.