Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası humanitar aksiya keçirir

Dövlət başçısının səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müxtəlif humanitar aksiyalar həyata keçirir. Mərkəz mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında aksiya keçirir. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçirildi

2018-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 121-ci ili tamam olur. Ənənəviolaraqhərilonun adını daşıyan institutda Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfranslar keçirilir. Bu il ildönümünə həsr edilmiş konfrans Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutгnda 10 yanvar 2018-ci ildə baş tutdu.

Respublika Endokrinologiya Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Dövlət başçısının rəhbərliyi ilə ölkədə səhiyyə müəssisələri yenidən qurulur, mərkəz və regionlarda yeni tibb oçaqları əhalinin istifadəsinə verilir.

Azərbaycanda ilk dəfə kütləvi eşitmə skrininqi aparılır

 RMDM-də doğulan bütün körpələr “Topuq tarama testi”, ROP-a görə müayinə ilə yanaşı, bu müayinədən də keçirilir. Belə kütləvi eşitmə skrininqi Azərbaycanda ilk dəfə aparılır. Məqsəd uşaqlarda eşitmə azlığının erkən diaqnostikası və reabilitasiyasının həyata keçirilməsidir.

ATU-nun insan anatomiyası kafedrasında elmi-praktik seminarlar keçirilir

Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası kafedrasında hər iki semestrin sonunda elmi-praktik seminarlar keçirilir. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir. Belə ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı təcrübəli müəllimlərin məsləhətləri dinlənilir, hər mövzu üzrə tələbələrə öyrədilməsi vacib olan bilgilərdən, yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda humanitar aksiya keçirib

Yanvarın 6-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

İlkin aşkar olunmuş vərəm hallarının sayı azalmışdır

Səhiyyəyə olan diqqət və qayğı onun prioritet məsələlərindən biri olan vərəmlə mübarizə xidmətinin gücləndirilməsində öz əksini tapır. Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə Proqramları vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. Bu barədə ET Ağciyər Xəstəlikləri İstitutunun direktoru Həqiqət Qədirova bildirib.

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub

Yanvarın 5-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonunun Horadiz şəhərində oftalmoloji aksiya keçirib.

Səhiyyə naziri Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edib

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq 05.01.2018-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Zərdab rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 5 yanvar 2018-ci il tarixində saat 11:00-da Zərdab Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Azərbaycan Tibb Universitetində ishalatlar aparılıb

Son illər səhiyyədə müşahidə edilən sürətli inkişaf tibb kadrları yetişdirən qurumların qarşısında tam yeni vəzifələr qoyur. Bu baxımdan, il ərzində ölkəmizdə tibb təhsilində ən böyük tibb ocağı sayılan Azərbaycan Tibb Universitetində xeyli ishalatlar aparılıb. Azərbaycan Tibb Universitetinin 2-ci redaksiyada Nizamnaməsi qəbul edilib, univeritetin Tədris-Terapevtik, Tədris-Cərrahi, Tədris-Stomatoloji və Onkoloji Klinikaları haqqında yeni redaksiyada Əsasnamələr qəbul edilib. Eləcə də, universitetin nəzdində fəaliyyət göstərən Tədris Kliniki laboratoriyaların Əsasnamələri qəbul edilib. Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib.

Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclası keçirilib

28.12.2017-ci il tarixində Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Səhiyyə Nazirliyi tərəfindən 2017-ci il ərzində görülmüş işlər və barədə məruzələr dinlənildi. 

 

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq hətta bütün dünya üçün çətin olan son illərdə də ölkəmiz inkişafı davam etdirilmişdir.

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" icra edilir

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlamış və müvəffəqiyyət ilə icra etmişdir. Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olmuşdur.

İSİM hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə 21-25 dekabr 2017-ci tarixlərdə hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi. Görüşlər Səhiyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 72 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 1(5.1.8)-ci bəndinə əsasən təşkil olunmuşdu.

Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi istiqamətində son illər görülən tədbirlər öz müsbət nəticəsini verir. Aparılan unikal əməliyyatlar uşaqların sağlam gələcəyinə zəmin yaradır. Bu sahədə nail olunmuş uğurların sayı günbəgün artır.

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hesabat tədbiri keçirildi

Bu gün 26.12.2017-ci il tarixində Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilib ki, təcili tibbi yardım xidməti gün ərzində, bayram, istirahət günləri, gecə saatları digər tibb müəssisələrinin işləmədiyi vaxtda əhalinin sağlamlığının keşiyində dayanan qurumdur. Təcili tibbi yardım işçiləri beynəlxalq tədbirlər, təbii fəlakətlər, bayram şənlikləri, xalqın şad və həmçinin ağır günlərində daima əhali ilə sıx qarşılıqlı münasibətdə olaraq vəzifə borcunu yerinə yetirir.

ATU-nun Tədris Cərrahiyyə Klinikası hesabat verdi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında klinikanın fəaliyyəti üzrə ilin yekun hesabatına həsr olunmuş konfrans keçirilib. Konfransın açılışında çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev 2017-ci ilin Azərbaycan üçün uğurlu keçdiyini bildirib. S.Hadıyev yola saldığımız ilin rəhbərlik etdiyi qurum üçün də kifayət qədər uğurlu keçdiyini qeyd edib: “İl boyunca klinakımızda unikal, mürəkkəb əməliyyatlar aparılıb. Bunlardan bəziləri hətta respublikada ilk dəfə olaraq bizim klinikada icra olunub.

Сərrahiyyədə əldə olunmuş nailiyyətlərə dair toplantı keçirilib

2017-ci il dekabrın 22-də Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) cərrahların növbəti aylıq elmi toplantısı keçirilib. Cərrah və cərrah-rezidentlərin iştirak etdiyi toplantı maraqlı təqdimatlarla yadda qalıb.

ATU komandası IV yerə layiq görülüb

Azərbaycan İntellektual Oyunlar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası çempionat keçirilib. Azərbaycan Tibb Universitetinin komandası yarışda IV yerə layiq görülüb.

Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) dahi elm adamı, tanınmış oftalmoloq Zərifə Əliyevanın ölkəmizin səhiyyəsinin inkişafındakı roluna həsr edilən toplantı keçirilib. ATU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunan tədbirdə Universitetin müalicə və tədris işləri üzrə prorektoru Sabir Əliyev çıxış edərək Azərbaycanın görkəmli oftalmoloqu haqqında iştirakçılara məlumat verdi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..