Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

6 dekabr 2019-cu il tarixində saat 11:00-da, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında Neftçala rayon sakinlərini, nazir müavini Elsevər Ağayev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında Hacıqabul və Şirvan sakinlərini, nazir müavini Rahim Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan rayon sakinlərini qəbul edəcək.

Bakıda unikal əməliyyat: 40 yaşlı təkböyrəkli kişiyə süni sidik kisəsi qoyulub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. 

Cenevrədə vaksinlərin təhlükəsizliyi məsələləri müzakirə olunur

Bizi qrip, meningit və çiçəkdən tutmuş poliomielit, difteriya və qızılcayadək bir çox xəstəliklərdən peyvəndlər qoruyur. 

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib (FOTO, VİDEO)

Bakı Konqres Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) növbəti illik VIII Milli Konqresi keçirilib.

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. 

“Dərman vasitələrinin geri çağırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il № 460 qərarına əsasən “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Polis Akademiyasında “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirildi (FOTO)

27 noyabr 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında zabit və kursantların iştirakı ilə “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirildi.

Saatlıda qanvermə aksiyası keçirilib (FOTO, VİDEO)

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Sankt-Peterburq şəhərində seminar keçirilir (FOTO)

18 noyabr 01 dekabr Sankt-Peterburqda “Federal Tibbi və Bioloji Agentliyin Uşaq İnfeksiya Xəstəlikləri Araşdırma və Klinik Mərkəzi”ndə seminar keçirilir.

25-29 noyabr “Dərman təhlükəsizliyi həftəsi” elan edilib

Ümumdünya Səhiyyə Təşkilatının Uppsala Monitorinq Mərkəzi (Uppsala Monitoring Centre) tərəfindən 2019-cu ilin 25-29 noyabr tarixləri #MedSafetyWeek yəni “Dərman təhlükəsizliyi həftəsi” elan edilib. 

“Allerqologiya və kliniki immunologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Allerqologiya və kliniki immunologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. 

25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür

BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Tibb Universitetinin tələbələri ilə görüşüblər (FOTO)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşlarının Azərbaycan Tibb Universitetində (ATU) tələbələrlə görüşü olub.

Moskva şəhərində Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirilib (FOTO)

Moskva şəhərində 20-22 noyabr 2019-cu il tarixdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştrakı ilə Sağlamlığın möhkəmləndirilməsini təşviq edən məktəblərin 5-ci Avropa Konfransı keçirilib.

Rezidentlərin təkrar yekun attestasiyası haqqında Elan

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.

Perio & Caries beynəlxalq lahiyəsi Azərbaycan dilində tərtib edilib

Perio & Caries lahiyəsi Avropa Parodontologiya Federasiyası (EFP) və Avropa Kariyes Tədqiqat Təşkilatının (ORCA) birqə təşkilatçılığı ilə keçirilən Avropa Parodontologiya Qurultayında dişlərin kariyesi və parodont xəstəlikləri arasındakı vacib məqamlarının konsensus hesabatından ibarətdir.

Kliniki Tibbi Mərkəzdə tədbir keçirilib (FOTO)

Kliniki Tibbi Mərkəzdə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

Neftçalada qanvermə aksiyası keçirilib (FOTO)

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Beyin qanaması olan 55 yaşlı qadın uğurla əməliyyat olunub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 55 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı, ürəkbulanma və qusma olub.

Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi (FOTO)

Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının Katibliyi və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə 19-20 noyabr 2019-cu il tarixdə Gürcüstanın Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->