Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş tədbir keçirilmişdir

02.10.2017-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla hər il oktyabrın 2-si “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Qəbul olunmuş qətnaməyə görə, bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini insanlara aşılamaqdır. 2 oktyabr tarixi təsadüfən seçilməyib, Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandi məhz bu gün anadan olub.

Ana südü ilə qidalandırma həftəsinin başlanılmasına həsr edilmiş tədbir keçirilib

02.10.2017-ci il tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə institutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan iştirak ediblər.

RMDM 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edib

2017-ci il sentyabrın 28-30-da “Bakı Ekspo Mərkəzi”ndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 23-cü Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2017”) keçirilib. Tədbirə 100-dən artıq iştirakçı, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər qatılıb.

ATU-nun layihəsi “Lanset” jurnalında dərc olunacaq

 

2017-ci ilin Yanvar ayında Dünya Səhiyyə Təşkilatı (WHO) Almaniyanın Tübingen University-in professoru Evelina Tacconelli-in rəhbərliyi ilə "Müalicə rəhbərinin yaradılması üçün patogenlərin prioritetləşdirilməsi,vərəm daxil olmaqla antibiotiklərə davamlı bakteriyaların müalicəsində yeni antibiotiklərin araşdırılması və kəşfi" adlı layihəyə başlanılıb.

 

Pediatriyaya dair təlimlər keçirilmişdir

2014-cü ildən başlayaraq UNİCEF-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası və Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin iştirakı ilə İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin(İDİR) tətbiqinə dairtədbirlər həyata keçirilir.Bu tədbirlər çərçivəsində pediatriya kafedrasının əməkdaşları İDİR-lə əlaqədar bir neçə beynəlxalq konfrans, təlim və seminarlarda iştirak etmişlər.Təlimin davamı kimi Azərbaycanda uşaqlara yardım edən pediatr, uşaq nevroloqları və ailə həkimlərinin İDİR-dən istifadə etməsini asanlaşdırmaq məqsədilə 2017-2018-ci tədris ili üçün ixtisasartırma proqramlarında İDİR-in istifadəsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur.

29 sentyabr Ümumdünya Ürək Günüdür

29 sentyabr bütün dünyada Ümumdünya Ürək Günü kimi qeyd edilir. Son illər Azərbaycanda dövlətin qayğısı və diqqəti nəticəsində ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və açıq ürək əməliyyatlarının icrası sahəsində çox böyük uğurlara nail olunub. Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Şahin Xəlilov qeyd edir ki, hazırda ölkədə açıq və qapalı ürək cərrahiyyəsi, müxtəlif tipli ürək əməliyyatları, o cümlədən, yenidoğulmuşlar üzərində, yerli mütəxəssislər tərəfindən icra edilir. Səhiyyə oçaqlarında ürək cərrahiyyəsində istifadə edilən ən müasir avadanlıqlar istismara verilmişdir.

Səhiyyə naziri Tərtər rayonunda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev 29 sentyabr 2017-ci il tarixində Tərtər Mərkəzi Rayon Xəstəxanasında Tərtər, Bərdə, Ağdam və Ağcəbədi rayon sakinlərini qəbul edib.

Belarusun səhiyyə naziri ATU-nun qonağı olub

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Respublikasının səhiyyə naziri Valeriy Malaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səhiyyə naziri Oqtay Şirəliyev Tərtərdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 29 sentyabr 2017-ci il tarixində saat 13:00-da Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilmişdir

27.09.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilmişdir. Şuranın qərarı ilə “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev belarusiyalı həmkarını qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 27-də ölkəmizdə rəsmi səfərdə olan Belarusiya Respublikasının səhiyyə naziri Malaşko Valeriy Anatoliyevici və nümayəndə heyətini qəbul edib.

Neftçala Mərkəzi Rayon Xəstəxanasının açılışı olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Davamlı tibbi təhsil sisteminin tətbiqi ilə bağlı dəyirmi masa keçirildi

Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır.Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları üçün,onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir.

“Sağlam ürək, sağlam həyat” şüarı altında veloyürüş keçiriləcək

 

Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası “Ümumdünya Ürək Günü” münasibətilə sağlam həyat tərzini, eləcə də müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi ilə 2017-ci il sentyabrın 29-da “Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçirəcək.

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində bütün yaş dövrlərinə aid uşaqlara müasir, ixtisaslaşmış cərrahi yardım göstərilir. Mütəxəssislər tərəfində müxtəlif yaş dövrlərində olan şəxslər üzərində ağır əməliyyatlar icra olunur.

 

“Təcili yardım və travma” mövzusunda beynəlxalq treninq keçirilir

 

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Təcili yardım və travma” mövzusunda beynəlxalq treninq keçirilir.

 

Cərrahiyyə sahəsində əldə olunmuş nailiyyətlərə dair tədbir keçirilib

22.09.2017-ci il tarixində Bakı Ürək Mərkəzində Azərbaycan cərrahiyyəsində əldə olunan nailiyyətlərə həsr edilmiş tədbir keçirilib.

Səhiyyə Naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib

Səhiyyə naziri Oqtay Şirəliyev 11-14 sentyabr 2017-ci il tarixlərdə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib.

 

Psixi Sağlamlıq Mərkəzində tədbir keçirilmişdir

20.09.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində mətbuat nümayəndələrinin iştirakı ilə “Altsheymer xəstəliyi”nə həsr olunmuş tədbir keçirilmişdir.

Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin konqresi keçirilib

Vyanada Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ECCMİD) XXVII konqresi keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..