Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

I Avropa oyunlarında gigiyenik qaydalar tam nəzarətdədir

Bakı 2015 I Avropa oyunlarında sabitliyin təmin olunması məqsədi ilə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparmışdır.

Səhiyyə Nazirliyinin I Avropa oyunlarına dair fəaliyyəti

İyun ayının 12-dən 28-dək Azərbaycanda keçiriləcək Bakı 2015 ilk Avropa oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə Qərargah fəaliyyət göstərir. Qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər Qaynar Xətt xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər

Regionlarda qan nümunələri toplanır

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

Mingəçevirdə dezinseksiya tədbirləri aparılır

I Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan avarçəkmə yarışlarında iştirak edəcək idmançılar və qonaqlar üçün otellərin və binaların zirzəmilərində, ətraf ərazilərində və həmin yerlərə yaxın olan qamışlıq-bataqlıq ərazilərində həşəratlara, ağcaqanadlara və digər zərərvericilərə qarşı dezinseksiya tədbirlərinin aparılması üçün 30 aprel tarixindən başlayaraq 3 gün ərzində intensiv fəaliyyət təmin olunmuşdur.

Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçiriləcək

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi keçirilməsi qərara alınıb.

Talassemiya Mərkəzində Uşaqlar günü

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səhiyyə Nazirliyinin səlahiyyətli şəxsləri Bakıdakı Talassemiya Mərkəzində olublar. Onlar hazırda Mərəzdə müalicə alan uşaqlara baş çəkmiş, onların səhhəti ilə maraqlanmış daha sonra valideynlərdən uşaqların tələbatlarını öyrənmiş, uşaqlara müxtəlif hədiyyələr təqdim etmişlər.

Çimərliklərdə monitorinq aparılmışdır

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2015-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilmişdir.

Uşaqların sağlamlığı daim diqqət altındadır

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Səhiyyə Nazirliyinin Kollegiya iclası keçirildi

29.05.2015-ci il tarixində Ə. Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşmə İnstitutunda Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilmisdir.

Beynəlxalq Allergiya Günü qeyd olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya “Beynəlxalq allergiya günü” kimi qeyd olunur.

Oqtay Şirəliyev ÜST Assambleyasının 68-cı sessiyasında iştirak etmişdir

18-26 may 2015-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 68-cı sessiyası keçirilmişdir. Səhiyyə naziri cənab Oqtay Şirəliyev və nümayəndə heyəti tədbirdə iştirak etmişdir.

Xəsarət alan vətəndaşların səhhəti daim nəzarətdədir

Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər

Keyfiyyətsiz məhsulları istehsal edən sahibkarlar cərimələndi

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Türkiyə Prezidenti R.T.Ərdoğan ölkəmizə başsağlığı verdi

Bakı şəhərindəki yaşayış binasında insan tələfatına səbəb olan yanğınla əlaqədar olaraq ölkəmizə ünvanlanan çoxsaylı başsağlığı məktubları daxil omaqdadır.

Xəsarət alanlar müayinə olunmuşdur

 Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulmuşdur.

Təcili tibbi yardım briqadası yaralılara yardım edir (Yenilənib)

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olmuşdur.

 

Xəsarət alan vətəndaşların həyatı təhlükəsi yoxdur

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev Şəki və ətraf rayon sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 14 may 2015-cü il tarixində Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. Qəbula gəlmiş Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərinin xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətləri nazir tərəfindən dinlənilmişdir.

Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 14 May 2015-cü il tarixində saat 13:00-da Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

4 may 2015-ci il tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı

015-ci il 4-5 may tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ” Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..