Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

31 Mart Azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar keçirilib

30 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 132-134 nömrəli Təhsil Kompleksində “Sağlam qidalanma” mövzusunda seminar keçirildi.

Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunur

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirilib.

 

İSİM-də "2 aprel - Ümumdünya Autizm Günü"nə həsr olunmuş dəyirmi masa keçirilib

30 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “2 aprel - Ümumdünya Autizm Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Səhiyyə Nazirliyində toplantı keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün iş planını müzakirə etmək məqsədi Səhiyyə Nazirliyində toplantı keçirilmişdir.

İSİM-in nümayəndələri Finlandiyada keçirilən seminarda iştirak ediblər

20-25 mart 2017-ci il tarixlərində Finlandiyanın Helsiki şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda 5 günlük nəzəri və praktik seminar keçirilib. Seminar MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Cümhuriyyətinin ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdu. Azərbaycanı bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri təmsil etdilər.

IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı Səhiyyə Nazirliyinin nəzarətdədir

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamının icrası məqsədi ilə Səhiyyə naziri Oqtay Şirəliyev 15.02.2017-ci il tarixində Əmr imzalamışdır.

Ümumdünya vərəm ilə mübarizə günü 24 mart tarixində qeyd olunur

Ümumdünya vərəm ilə mübarizə günü 24 mart tarixində qeyd olunur. Bu vərəmlə mübarizə sahəsində mövcud vəziyyət və inkişaf perspektivlərini müzakirə etmək imkanı verir.

27 mart 2017-ci il tarixində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi ilə əməkdaşlıqda 24 mart Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş Dəyirmi Masa müzakirələri keçirildi

IV Şimal Regional Konfrans keçiriləcək

 

28.03.2017-ci il tarixində saat 15:00-da Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfrans baş tutacaq. Konfransda “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” , “Yenidoğulmuşların ilkin reanimasiyası. Praktik vərdişlər”inə dair məruzələr dinləniləcək.

 

Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” aksiyası keçirilib

17.03.2017-ci il tarixində Novruz Bayramı münasibəti ilə ”Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” aksiyası keçirilib.

Sumqayıt şəhər Onkoloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib

16.03.2017-ci il tarixindən Sumqayıt şəhər Onkoloji Xəstəxanasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Tibb müəssisəsinin daxilində və xaricində əsaslı təmir işləri aparılmış, xəstəxana müasir avadanlıqlarla təmin edilmiş, funksional çarpayılar, yeni mebellərlə təchiz olunmuşdur.

2 nömrəli Bakı Baza Tibb Kollecində seminarlar keçirilib

2 nömrəli Bakı Baza Tibb kollecində fevral ayının 24- 28-də və belmart ayının 10-da 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə etməklə əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilmişdir. Seminar “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan nevroloqlarının VI konfransı başlayıb

16 mart 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının VI konfransının açılışı olub. Konfransı giriş sözü ilə açan institutun rektoru professor N.A.Qasımov Azərbaycanda nevrologiyanın inkişafında institutun sinir xəstəlikləri kafedrasının rolundan danışıb.

 

“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 15 mart 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə tədbir keçirdi. Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparıldı.

"Stress Awareness” mövzusunda seminar keçirilib

2017-ci il martın 9-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ADA" Universitetinin tələbələri üçün "Stress Awareness” mövzusunda seminar keçirilib.

Sağlam qidalanma mövzusunda dəyirmi masa keçirilmişdir

15.03.2017-ci il tarixdə Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əhali arasında sağlam qidalanma davranışlarının təşviqinə dair dəyirmi masa keçirilmişdir.

Kadr potensialının təkmilləşdirilməsi Səhiyyə Nazirliyinin prioritet istiqamətlərindəndir

Səhiyyə Nazirliyinin ən prioritet istiqamətlərindən biri kadr potensialının təkmilləşdirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması məsələsidir.

İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə növbəti iclas keçirildi

10 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olundu.

Təcili və təxirəsalınmaz konsultativ tibbi yardıma dair yeni qaydalar təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən səhiyyə naziri Oqtay Şirəliyev Əmr imzalayıb. “Telesəhiyyə texnologiyaların tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” imzalanmış Əmrə dair yeni Qaydalar təsdiqlənib.

 

“Ana və uşaqların sağlamlığının qorunması” proqramı çərçivəsində tədbir kecirilmişdir

11.03.2017- ci tarixində Respublika Perinatal Mərkəzində “Ana və uşaqların sağlamlığının qorunması” proqramı çərçivəsində tədbir kecirilmişdir. Mamalığın ən aktual məsələsi olan qanaxmaların profilaktikası, diaqnostikası, müayinəsi və müalicəsinə həsr olunmuş tədbirdə məruzələrlərlə cıxışlar olub. “ Mamalıq qanaxmaları – sübutlu təbabət baxımından yeni yanaşmalar” mövzusu ilə Azərbaycan Tibb Universitetinin professoru Maqalov İslam cıxış edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..