Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr edilmiş festival keçiriləcək

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. 2013-2015-ci illərdə “6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görürülür.

Səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 15 aprel 2016-cı il tarixində saat 10:00-da Mingəçevir şəhər Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Mingəçevir, Bərdə, Şəki, Yevlax, Goranboy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar əmr imzalayıb

Əmrdə Gəncə şəhərinin “ 2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24.02.2016-cı il tarixli 1805 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Təbirlər Planının təsdiq edilməsi, görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumatların verilməsi tapşırılır.

Ölkədə narkomanlığa qarşı mübarizə gücləndirilmişdir

Dünya ölkələri qarşısında duran ən mürəkkəb, sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb və çoxaspektli, ictimai təhlükəliliyi həddən artıq yüksək olan problemlərdən biri narkomanlıq və narkobiznesdir.

Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.

Əmr Respublikasının şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır.

Psixososial reabilitasiya məsələlərinin müzakirəsinə dair dəyirmi masa keçirilmişdir

 Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində aprelin 6-da psixi sağlamlığın aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri intiharlarla əlaqədar Azərbaycanda mövcud vəziyyət olmuşdur.

Onkoginekoloqların I Bakı Forumu

4-5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginekoloqların I Bakı forumu keçirildi. Forum “Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar” mövzusunda idi.

 

Səhiyyə naziri vərəmlə mübarizə üzrə Tədbirlər Proqramının tətbiqinə dair əmr imzalayıb

 Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın həyata keçirilməsinə dair əmr imzalayıb.

Uşaq əhalisinin 92%-i icbari dispanserizasiya tədbirlərinə cəlb edilmişdir

 “Azərbaycanda uşaqların icbari dispanserizasiya haqqında Qanun” 5 mart 2013-cü ildə AR Milli Məclisi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 aprel 2013-cü il tarixli müvafiq Sərəncamı ilə qüvvəyə minmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev şəkərli diabet xəstəliyinə dair əmr imzalayıb

 Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalayıb.

Ümumdünya Epilepsiya xəstələri günü qeyd olundu

Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il 2,5 milyon yeni xəstələnmə aşkarolunur. Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli təkrik olunmamış tutmalar (həmçinin “qıcolma” kimi məlumdur) şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü təşvişinə səbəb olur.

Onkoginekoloqların I Bakı forumu

4-5 aprel 2016-cı il tarixlərində Beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginikeloqların I Bakı forumu keçiriləcək .

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmət yaradılıb

Ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

 

Dağınıq skleroz xəstəliyinə dair “Dövlət proqramı”nın tələbləri uğurla icra olunur

Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı bir sıra işlər görülmüşdür.

 

Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tədbiq edilir

Uşaq Bərpa Müalicə Mərkəzi 1988–ci ildən fəaliyyət göstərir. Mərkəz uşaqların tam və ətraflı müayinəsini, yüksək dərəcəli ixtisaslaşdırılmış coxprofilli bərpa müalicəsini həyata keçirir, xəstə uşaqların fiziki və psixoloji reabilitasiyası üçün səylər göstərir, dispanser müşahidə üsulunun həcmini genişləndirir və təkmilləşdirir, erkən uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və erkən müdaxiləsini təşkil edir, bununla da əlilliyin qarşısının erkən alınması üçün tədbirlər görür.

Səhiyyə Nazirliyi regionlarda elmi seminarlar keçirir

Səhiyyə Nazirliyi regionlarda səhiyyə mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədi ilə elmi seminarların keçirilməsi sahəsində tədbirləri davam etdirir. Bu silsilədən olan növbəti tədbirlər M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir.

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir 2016-cı il martın 11-də əhali arasında talassemiyanın profilaktikasının təbliği məqsədilə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Nazir müavini İran İslam Respublikasının səhiyyə nazirinin müavini ilə görüşüb

10.03.2016-ci il tarixində səhiyyə nazirinin müavini Elsever Ağayev hazırda ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının səhiyyə nazirinin müavini Dr. Rəsul Dinarvəndin rəhbərliyik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..