Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclası keçirilib (FOTO)

28.12.2018-ci il tarixində Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Talassemiya Mərkəzində müalicə alan uşaqlar üçün yeni il şənliyi keçirilir (FOTO)

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub.

İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlim təşkil edilib (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi, Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olunub. 

BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

İl ərzində dünyanın hər yerindən qonaq qəbul edən Azərbaycan Tibb Universitetində (ATU) bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri qonaq olub.

Qubada gənc ana üçəm dünyaya gətirib (FOTO, VİDEO)

Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. 

“Cərrahiyyənin aktual problemlərinə” dair regional elmi-praktiki konfrans keçirilib (FOTO)

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində “Cərrahiyyənin aktual problemlərinə” həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.

www.ebmg.az portalının açılışı olub (FOTO, VİDEO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Koxlear implant əməliyyatları keçirilib

6 və 21 yaşında xəstələr üzərində koxlear implant əməliyyatları Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) otorinolarinqoloq-cərrahı Tural Hüseynov tərəfindən uğurla həyata keçirilib.

RMDM internet mükafatı yarışmasında uğur qazanıb

Ölkənin peşəkar internet mükafatı yarışı – Milli İnternet Mükafatı – “Milli Net 2018” qaliblərinin təqdimat mərasimi keçirilib.

Tibb sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İqtisadi – ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının qərarı həmçinin Azərbaycan Respublikası və İran İslam Respublikası səhiyyə nazirlərinin əməkdaşlıq haqqında razılaşmalarına əsasən İran həkimlərinin Bakıda müayinə və müalicə xidmətlərini həyata keçirməsi üçün Azər-İran klinikası yaradılıb.

Hamiləliklə bağlı problemlər müzakirə olunub (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) Təkrarlanan düşüklər və tromboemboliya problemlərinə həsr edilmiş konfrans keçirilib.

Uşaqlıq dövrünün nevroloji xəstəlikləri mövzusunda konfrans keçirilib (FOTO, VİDEO)

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Nevroloqların Milli Assosiasiyası və Elmi Tədqiqat pediatriya institutunun təşkil etdiyi Uşaqlıq dövrünün nevroloji xəstəlikləri mövzusunda konfrans keçirilib.

Bakıda Konfrans keçirilib (FOTO, VİDEO)

19 dekabr 2018-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans keçirilib.

“Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminar keçirilib.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu istifadəyə verildi (FOTO, VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu

Hamiləliyin qorunması və dölün sonrakı inkişafını təmin etmək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mama-ginekoloqu Aleksandr Barsukov tərəfindən icra olunmuş miomektomiya əməliyyatı uğurla başa çatıb.

“Fövqəladə hallara dair davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Tibb Kollecinin kollektivi ilə “Fövqəladə hallara dair davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv Təlim Kursu keçirilib (FOTO, VİDEO)

Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə Komissiyası və K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv Kursu öz işinə başlayıb.

İmişlidə qanvermə aksiyası keçirilib (FOTO, VİDEO)

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür (FOTO)

Bu gün Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..