Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

17.09.2015-ci il tarixində Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər. Müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcəklər.

Paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçirilir

Bu gündən etibarən oktyabr ayının 15-nə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçiriləcəkdir. Aylıq hər il olduğu kimi bu il də 1 oktyabr “Beynəlxalq ahıllar günü” ərəfəsində heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planı çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək və ehtiyac olduğu halda onlar dispanser qeydiyyatına götürüləcəkdir.

Sağlamlığa dair iki yeni portalın təqdimatı oldu

11.09.2015-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirildi. Təqdimatda 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az portalı çərçivəsində iki əlavə maarifləndirici portalın – BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv Sağlamlıq Portalı” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qurulmuş “ Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”ı barədə məlumat verilmişdir. Tədbirdə portalların yaradıcıları olan İSİM-in layihə komandası, BMT-nin Əhali Fondunun (UNFPA) əməkdaşları, KİV nümayəndələri iştirak etmişdirlər.

 

İSİM “Sağlam məktəb” layihəsini həyata keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə “Sağlam məktəb” layihəsi həyata keçirilir. Layihənin ilkin mərhələsində 2014-cü ilin noyabr-dekabr aylarında İSİM tərəfindən uşaqların icbari dispanserizasiyası ilə bağlı Bakıda 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında sorğu keçirilib və sorğu nəticələrinin təhlili aparılıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçiriləcək

11 sentyabr 2015-ci il tarixində saat 14.00-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici İnternet səhifəsində yaradılmış “Reproduktiv Sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”ların təqdimatı keçiriləcəkdir.

Dərman vasitələrinin idxalı artıb

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir.

12 sentyabr Ümumdünya İlk Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.

Narkomanlığa düçar olmuş vətəndaşların sosial və tibbi reabilitasiyası gücləndirilib

Hər il dünyada narkotik istifadəçilərinin sayı artır və onların ya həyatına son qoyur yaxud da onun və yaxınlarının həyat keyfiyyətini aşağı salır. Dünya statistikasına nəzər salsaq görərik ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına səbəb olmuşdur. 2011-ci illə müqayisədə bu aşağı göstərici olsa da bu 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz.

Dərmanların keyfiyyətinə nəzarət gücləndirilir

Son zamanlar, dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb. Məlum olduğu kimi, dərman vasitəsinin keyfiyyətinin təminatı üçün keyfiyyətə nəzarət istehsal prosessindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparımalıdır.

Regionlarda qanvermə aksiyaları keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində və regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Cari ilin ikinci rübü ərzində (iyun - avqust) keçirilmiş aksiyalarda ümumilikdə 3030 nəfər iştirak etmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Dərman bazarında qıtlıq yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır.

Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 28 avqust 2015-ci il tarixində saat 12:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Lənkəran vətəndaşları ilə yanaşı Astara, Masallı, Lerik rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Nigaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçirilmişdir

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” na uyğun olaraq 1 iyun 2015-ci il tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçmişdir. Ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunmuşdur.

Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəsissələrinə tapşırıq verildi

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması”nın təminatına dair toplantı keçirildi.

İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq cari ilin 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzatmaq qərarına gəlmişdir. İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək, bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçiriləcəkdir.

Regionlarda qanvermə aksiyaları keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Bugünə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir!

Səhiyyə Nazirliyi mövsümlə əlaqədar sanitariya norma və qaydalarına əməl olunmasına nəzarət tədbirlərini davam etdirir

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidməti bildirir ki, mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir.

Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->