Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri və tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi tamam olur.

Gənc alim və rezidentlərin Gəncədə elmi-praktiki konfransı keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 fevral 2016-cı ildə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında“ Sərəncam vermişdir.

Azərbaycan-Türkiyə arasında Səhiyyə və Tibb Elmi Sahəsindəki əməkdaşlığa dair Sazişi imzalandı

26.04.2016-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

28 aprel 2016 il tarixində ənənəvi olaraq akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elmi-praktik konfrans keçiriləcək. «Müasir oftalmologiyanın son nailiyyətləri » başlığı altında təşkil olunacaq konfrans Zərifə xanım Əliyevanın 93 illiyinə həsr olunur.

Azərbaycanlı mütəxəssislər onkoloji registrlə bağlı biliklərini artırdılar

Azərbaycan Respublikasında 2014-cü ilin noyabr ayından başlayaraq, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) birgə əməkdaşlıqda Milli Onkologiya Mərkəzinin nəzdində Xərçəng Xəstələrinin Registrinin (Kanser Registri) yaradılması proqramına start verdi.

Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təlim kursları keçirilir

 2016-cı il aprelin 18-23-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası və onlarla mübarizə” mövzusunda ikinci təlim kursu keçirilir.

Səhiyyə naziri “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur.

Ölkədə təcili və təxirəsalınmaz tibbi yardım xidməti yüksək səviyyədə təşkil edilmişdir

Bu gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbir zamanı qeyd olunmuşdur ki, ölkədə, o cümlədən paytaxtda təcili və təxirəsalınmaz tibbi yardım xidməti yüksək səviyyədə təşkil edilmişdir.

ÜST Avropa Regional Bürosunun direktorunun minnətdarlıq məktubu

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Təbabət Muzeyində mətbuat nümayəndələri üçün ekskursiya təşkil olundu

 Bu gün Səhiyyə Nazirliyinin Azərbaycan Təbabəti Muzeyində mətbuat nümayəndələri üçün ekskursiya təşkil olunmuşdur. Tədbir zamanı müxbirlərə təbabət muzeyi ilə yaxından tanış olmuş və aşağıdakı məlumatlarla tanış olmuşlar.

"Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr edilmiş festival keçiriləcək

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. 2013-2015-ci illərdə “6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görürülür.

Səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 15 aprel 2016-cı il tarixində saat 10:00-da Mingəçevir şəhər Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Mingəçevir, Bərdə, Şəki, Yevlax, Goranboy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar əmr imzalayıb

Əmrdə Gəncə şəhərinin “ 2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24.02.2016-cı il tarixli 1805 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Təbirlər Planının təsdiq edilməsi, görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumatların verilməsi tapşırılır.

Ölkədə narkomanlığa qarşı mübarizə gücləndirilmişdir

Dünya ölkələri qarşısında duran ən mürəkkəb, sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb və çoxaspektli, ictimai təhlükəliliyi həddən artıq yüksək olan problemlərdən biri narkomanlıq və narkobiznesdir.

Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.

Əmr Respublikasının şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır.

Psixososial reabilitasiya məsələlərinin müzakirəsinə dair dəyirmi masa keçirilmişdir

 Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində aprelin 6-da psixi sağlamlığın aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri intiharlarla əlaqədar Azərbaycanda mövcud vəziyyət olmuşdur.

Onkoginekoloqların I Bakı Forumu

4-5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginekoloqların I Bakı forumu keçirildi. Forum “Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar” mövzusunda idi.

 

Səhiyyə naziri vərəmlə mübarizə üzrə Tədbirlər Proqramının tətbiqinə dair əmr imzalayıb

 Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın həyata keçirilməsinə dair əmr imzalayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->