Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya imtahanı bir mərhələdə aparılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 371 nömrəli qərarına əsasən 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcəkdir. 

SN Analitik Ekspertiza Mərkəzi dərmanların keyfiyyətinə nəzarəti gücləndirib

Dövlət qeydiyyatında olan dərman preparatları, seriya, satışına qoyulmuş qadağalar və bu kimi dair məsələlər əhalinin böyük marağına səbəb olub. Mövzunun aktuallığını nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov ilə olan müsahibəni diqqətinizə təqdim edirik

“Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalanıb

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində son günlərdə Azərbaycan ilə həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

“Şagirdlər arasında dispanserizasiya” mövzusuna dair sorğunun nəticələri açıqlanıb

2015-ci il dekabrın 8-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Təhsil Nazirliyi ilə birgə layihəsi olan “Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” üzrə məktəblərdə keçirilmiş sorğunun nəticələrinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağında xəsarət alan vətəndaşlara baş çəkib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

"Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübənin gücləndirilməsi”nə dair dəyirmi masa keçirildi

4 dekabr 2015-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübənin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. İclasda Səhiyyə Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, iri klinik xəstəxanaların və Respublikanın Tibb Kolleclərinin rəhçbərlləri iştirak etmişdir.

Akademik Z.Əliyeva adına Oftalmologiya Mərkəzi Oğuzda müayinələr keçirir

03.12.2015-04.12.12015 il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Oğuz rayon Mərkəzi xəstəxanasında yerli əhaliyə yüksək səviyyəli oftalmoloji müayinələr aksiyası keçirir.

KTM Toksikologiya şöbəsində əhaliyə yüksək səviyyəli tibbi yardım göstərilir

Səhiyyə Nazirliyi Kliniki Tibb Mərkəzin Toksikologiya şöbəsinin əsas məqsədləri digər dövlət tibb müəssisələri kimi, əhaliyə vaxtında, yüksək səviyyəli tibbi yardım göstərməkdən ibarətdir.

Sertifikasiya imtahanları uğurla icra olunur

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam edir. AR Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” nı rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Neonatal qayğı üzrə təlimlərə başlanıldı

30.11.2015-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı. Təlim antenatal yardım xidməti göstərən tibb müəssisələrinin 20 aparıcı neonatoloqu üçün beynəlxalq mütəxəssislər tərəfindən keçirilir.

Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 27.11.2015-ci il tarixində saat 11:00-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. O.Şirəliyev Kürdəmir, Ucar, Zərdab, Göyçay, Ağdaş rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Onlarla uşaq anadangəlmə ürək qüsurundan qurtulacaq

Ümumdünya Uşaq günü münasibəti ilə 20 noyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənmişdir

 “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanın 2.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 21 oktyabr 2015-ci il tarixində 57 nömrəli qərar imzalanmışdır. Qərarda “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” , “Resept blankı forması” və “Ödənişsiz resept blankı forması”nın təsdiqi öz əksini tapmışdır.

Abşeron rayonunda qanvermə aksiyası keçirildi

2015-ci il noyabrın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Rayon Uşaq Poliklinikasında qanvermə aksiyası keçirildi.

Diridoğulmanın yeni meyarları tətbiq olunub

2015-ci il noyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirildi. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən seminarda həkim-neonatoloqlar, pediatrlar, reanimatoloqlar və İSİM-in əməkdaşları iştirak etdilər.

Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi – 2015" keçiriləcək

Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi” (European HIV Testing Week) çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini planlaşdırır.

 

Travmatologiya elminə həsr olunmuş XXV beynəlxalq konqres keçirilmişdir

Türkiyənin Bələk - Antalya bölgəsində 27 oktyabr - 1 noyabr 2015-ci il tarixlərində XXV Ulusal (Beynəlxalq) Türk Ortopedik və Travmatoloji Konqres keçirilmişdir.

Reanimasiya üzrə təlimlərə başlanılıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 2015-ci il noyabrın 12-13-də antenatal yardım xidməti göstərən tibb müəssisələri üçün "Yenidoğulmuşların reanimasiyası" üzrə təlimlər keçirilib. Təlimlər Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Qanvermə aksiyalarından 24 128 770 ml qan tədarük edilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Cari ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilmişdir. Keçirilən aksiyalarda 51 367 nəfər könüllü donor iştirak etmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->