Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin Kollegiya iclası keçirildi

29.05.2015-ci il tarixində Ə. Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşmə İnstitutunda Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilmisdir.

Beynəlxalq Allergiya Günü qeyd olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya “Beynəlxalq allergiya günü” kimi qeyd olunur.

Oqtay Şirəliyev ÜST Assambleyasının 68-cı sessiyasında iştirak etmişdir

18-26 may 2015-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 68-cı sessiyası keçirilmişdir. Səhiyyə naziri cənab Oqtay Şirəliyev və nümayəndə heyəti tədbirdə iştirak etmişdir.

Xəsarət alan vətəndaşların səhhəti daim nəzarətdədir

Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər

Keyfiyyətsiz məhsulları istehsal edən sahibkarlar cərimələndi

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Türkiyə Prezidenti R.T.Ərdoğan ölkəmizə başsağlığı verdi

Bakı şəhərindəki yaşayış binasında insan tələfatına səbəb olan yanğınla əlaqədar olaraq ölkəmizə ünvanlanan çoxsaylı başsağlığı məktubları daxil omaqdadır.

Xəsarət alanlar müayinə olunmuşdur

 Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulmuşdur.

Təcili tibbi yardım briqadası yaralılara yardım edir (Yenilənib)

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olmuşdur.

 

Xəsarət alan vətəndaşların həyatı təhlükəsi yoxdur

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev Şəki və ətraf rayon sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 14 may 2015-cü il tarixində Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. Qəbula gəlmiş Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərinin xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətləri nazir tərəfindən dinlənilmişdir.

Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 14 May 2015-cü il tarixində saat 13:00-da Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

4 may 2015-ci il tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı

015-ci il 4-5 may tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ” Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı.

4-5 may tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq

2015-ci il 4-5 may tarixində saat 09:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ”Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq.

Akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümüm tamam olur.

Son illərdə Azərbaycanda yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb

25 aprel - Ümumdünya Malyariya Günü, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib.

Səhiyyə Naziri Qusarda vətəndaşların qəbulunu keçirib

24.04.2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev Qusar rayonunda vətandaşları qəbul edib.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Şabran, Xaçmaz,Quba və Qusar rayonundan olan sakinlər iştirak ediblər.

20-25 aprel Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir

2015-ci il 20-25 aprel tarixində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq.

Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 24 Aprel 2015-cü il tarixində saat 11:00-da Qusar Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyində Bakı 2015 Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi

Səhiyyə Nazirliyində 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi.

Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səhiyyə sahəsində çox böyük işlər görüldüyünü və uğurlar qazanıldığını qonaqların diqqətinə çatdırdı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->