Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Travmatoloq və ortopedlərin II Qurultayı keçirilmişdir

12-13 noyabr 2016-cı il tarixdə Azərbaycan travmatoloq və ortopedlərin II qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

 

Oqtay Şirəliyev Kürdəmir rayonunda vətəndaşlar üçün qəbul keçirəcək.

 Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 noyabr 2016-cı il tarixində saat 11:00-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Vaxtından əvvəl Doğulan Körpələrin Beynəlxalq Günü qeyd olunur

Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü (World Prematurity Day)hər il 17 noyabr tarixində qeyd olunur.

Sumqayıtda Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü qeyd olunur

Sumqayıt şəhər 1 nömrəli doğum evində Beynəlxalq vaxtından əvvəl doğulmuş uşaqlar günü münasibətilə tədbir keçirilmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev Meksikanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini qəbul edib.

 

Görüşün əsas məqsədi ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə etmək idi.

Analitik Ekspertiza Mərkəzi Memorandum imzalayıb

Azərbaycan bir çox postsovet ölkələri ilə münasibətləri inkişaf etdirir. Bu ölkələrdən biri də Belarusiya Respublikasıdır. Azərbaycan ilə Belarusiya arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-i qurulmuş və bu günə qədər intensiv davam etməkdədir. Dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir.

 

Bu prinsipi rəhbər tutaraq Analitik Ekspertiza Mərkəzi dövlət qurumu olaraq nəinki ölkə daxilində eləcə də ölkə xaricində də səlahiyyətli olduğu sahənın inkişafı üçün digər dövlətlərlə əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsi sahəsində mühüm addımlar atır. Bu addımlardan biri də Belarusiya Respublikası ilə məhz əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və effektiv inkişafıdır.

Antibiotiklərdən səmərəli Istifadə Həftəsi keçirilir

 16.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Antibiotiklərdən səmərəli Istifadə Həftəsi (14-20 noyabr) ilə əlaqədar maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Səhiyyə Nazirliyinin, Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

 

"ASAN xidmət" mərkəzində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

14.11.2016-cı il tarixində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir düzgün qidalanma, insulin və ya dərman qəbulu, fiziki aktivlik və psixoloji dəstək ilə şəkərli diabetə nəzarətdə əhalini maarifləndirmək məqsədi ilə təşkil olunmuşdur.

SOS Uşaq kəndlərində “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda tədbir keçirildi

14.11.2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı sayəsində SOS Uşaq kəndlərində növbəti maarifləndirmə tədbiri baş tutdu. Xatırladaq ki, bu günki tədbir də iki qurumun imzaladığı Əməkdaşlıq Sazişi çərçivəsində 2016-cı ilin sonunadək tərtib olunmuş İş Planına əsasən həyata keçirildi.

BSM-də Ümumdünya Diabet günü qeyd olunacaq

14.11.2016-cı il tarixində saat 15.00-da Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru, tibb elmləri namizədi Hikmət Həsənov acacaq.

I I I Şimal regional konfransı keçirilmişdir

Ana və uşaqların sağlamlığının qorunması Səhiyyə Nazirliyinin qarşısında duran ən vacib məsələlərdən biridir.

 

Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirilib

11.11.2016-cı il tarixində, Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Endokrinoloji Mərkəzi və ictimai təşkilat olan Azərbaycan Diabet Liqası ilə birlikdə Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirib.

 

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı keçiriləcək

 12-13 noyabr 2016-cı il tarixdə “Hyatt Regency Baku” otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək.

Nikaha daxil olmaq istəyən 207731 nəfər tibbi müayinədən keçirilmişdir

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin oktyabr ayının sonuna qədər müayinədən 207731 nəfər keçmişdir.

"Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirildi

24 oktyabr - 4 noyabr 2016-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün “Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirilib.

 

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir

04.11.2016-ci il tarixində Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir.

AEM-də farmakoloji nəzarət sistemi təkmilləşdirilir

Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Dərman vasitələrinin təhlükəsizliyi qlobal problemlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizmə mənfi təsir göstərə hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa dərman vasitələrinin əks təsirindən meydana gəlmiş fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir.

 

Uşaq Klinik Xəstəxanasında tədbir keçirilmişdir

02.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin prof. Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında dəyirmi masa təşkil olunmuşdur.

"ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı məlumatlandırıldı

İSİM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Əməkdaşlıq Sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil olunub.

Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib

01.11.2016-cı il tarixində 2 nömrəli Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib. Konfransda çıxış edən müəssisənin rəhbəri Dilarə Məmmədəliyeva bildirib ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..