Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetinin rəhbərliyi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Teymur Musayev, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Koreyalı mütəxəssislər təkcə praktik fəaliyyətləri ilə deyil, həm də elmi işləri ilə bütün dünyada tanınırlar. Burada xərçəng, dayaq-hərəkət sistemi, ürək, qaraciyər və böyrək xəstəliklərinin müalicəsinin yeni üsulları təkmilləşərək, tətbiq olunur”.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində “Kyung Hee” Universitetinin nümayəndələri də Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğuladılar. Diqqətə çatdırılıb ki, “Kyung Hee” Universitet Sistemi ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunur. Universitetə 23 bakalavr kollec, 1 ümumi magistratura, 13 ixtisaslaşdırılmış magistr proqramı və 49 köməkçi tədqiqat institutu daxildir.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.