Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (16.09.2008)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2008-ci ilin avqust ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 137 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 42 obyektin istsmarının dayandırılması barədə qərar qəbul edilmiş, 50 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1348, mikrobioloji göstəricilərinə görə 574, toksikoloji göstəricilərinə görə 502, radioloji göstəricilərinə görə 28 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 123-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji, 7-də toksikoloji göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş 3990 yaxma nümunəsinin 67-da mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Avqust ayı ərzində əhali arasında məişətdə 118 qida zəhələnmələri və qida infeksiyaları hadisəsi baş vermiş 287 nəfər zərərçəkən olmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013