Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanın səhiyyə sistemində 21 rəhbər işçi vəzifəsindən çıxarılıb (APA)

Səhiyyə Nazirliyində yanvarın 31-də keçirilmiş geniş kollegiya iclasının nəticələri əsasında xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib. Həmin şəxslərin işdən azad edilməsi və tənbeh edilməsinin əsas səbəbi əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verdikləri nöqsanlar olub.

Bununla yanaşı, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.

8/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013