Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dünya Səhiyyə Təşkilatının nümayəndələri Salyan rayonunun tibb müəssisələrində olmuşlar (AzərTAc)

Dünya Səhiyyə Təşkilatının Qlobal Malyariya Proqramının direktoru Robert Nyuman və Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Yejov Azərbaycana səfəri çərçivəsində Salyan Rayon Mərkəzi Xəstəxanasında, Gigiyena və Epidemiologiya Mərkəzində olmuşlar.

 

AzərTAc xəbər verir ki, rayonun tibb müəssisələrində malyariya xəstəliyinə qarşı mübarizə istiqamətində görülmüş işlər, həyata keçirilən profilaktiki tədbirlərlə yaxından tanış olan qonaqlar Azərbaycan hökumətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirmişlər.

31/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013