Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi üçün 2 milyon manat ayırıb (APA)

Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncam əsasında Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabunçu rayonu İcra Hakimiyyətinə iki milyon manat vəsait ayrılıb.

29/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013