Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bu il Azərbaycanda əczaçılıq və tibb xidməti göstərilməsinə lisenziya almaq üçün 144 müraciət edilib (Trend)

Bu il Azərbaycanda 144 müəssisə əczaçılıq və tibb xidməti göstərilməsinə lisenziya almaq üçün Səhiyyə Nazirliyinə müraciət edib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Lisenziyalaşdırma komissiyasının sədri Əbülfəz Abdullazadə deyib.

 

Onun sözlərinə görə, müraciətlərin 88-nə müsbət cavab verilib.

 

56 şirkətə lisenziya verilməməsinin əsas səbəbi müəssisənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş qaydalara riayət etməməsi, iş şəraitinin tələblərə cavab verməməsi olub.

"Müraciət edənlər klinika, stomatoloji kabinet, aptek, stasionar cərrahiyyə və ambulator xidmətlər göstərmək üçün lisenziya almaq istəyiblər", - Abdullazadə bildirib.

Komissiya sədri qeyd edib ki, fəaliyyət göstərdiyi bir il ərzində Lisenziyalaşdırma komissiyasının mərkəzi məlumat bazası yaradılıb.

Abdullazadə əlavə edib ki, hazırda Azərbaycanda 252 ambulator, 79 stasionar və 266 stomatolji xidmət göstərən tibbi müəssisə fəaliyyət göstərir. Əczaçılıq sektorunda 82 müəssisə dərman vasitələrinin idxalı ilə məşğul olur. Ölkədə 554 aptek lisenziyalaşdırılıb.

5/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013