Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb (APA)

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 18-də urologiya, hematologiya və pediatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 106 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 100 nəfər uğurlu nəticələr əldə edib.

 

Növbəti proses mayın 25-də dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə keçiriləcək.

19/05/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013