Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalar aparır (APA)

Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, eynəklərin, linzaların satışının Səhiyyə Nazirliyinin tələbləri əsasında təşkil edib-etmədiyini yoxlamaq üçün 155 aptekin optika şöbəsi və 54 optika mağazasında yoxlama aparılıb.

 

Fəaliyyətindəki nöqsanları aradan qaldırmayan, optika satışını normativ sənədlərə uyğun təşkil edə bilməyən 10-dan çox aptekin optika şöbəsi bağlanılıb. P. Əzizbəyov bildirib ki, optika satışı üçün apteklərdə minimum 15 kvadrat metr sahə olmalıdır. Onun sözlərinə görə, optika mağazalarının fəaliyyətinə keçirilən baxış zamanı onların əksəriyyətində satışın tələblərə uyğun olduğu müəyyənləşib.

 

APA

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013