Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda imtiyazlı əhali qrupuna pulsuz verilən dərmanların siyahısı genişləndiriləcək (Trend)

Azərbaycanda imtiyazlı əhali qrupuna aid edilən vətəndaşlara dövlət tərəfindən pulsuz verilən dərmanların siyahısı genişləndiriləcək. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

 

O bildirib ki, dərmanları pulsuz alanlar şəkərli diabet, onkoloji və digər xəstələrdir.

Əzizbəyovun sözlərinə görə, imtiyazlı əhali qrupu üçün nəzərdə tutulan siyahıda hazırda 115 adda dərman preparatları var.

"Hazırda siyahının genişləndirilməsi ilə bağlı mütəxəssislər səviyyəsində iş aparılır. Mütəxəssislər müəyyənləşdirəcəklər ki, hansı xəstəliklər üzrə dərman preparatlarının bu siyahıya daxil edilməsi lazımdır. Bu siyahı mütəxəssis rəyi əsasında formalaşır", - inspeksiya rəisi deyib.

Əzizbəyovun sözlərinə görə, imtiyazlı qrupa daxil olan xəstələr üçün Bakıda Səhiyyə Nazirliyi tərəfindən 24 aptek müəyyənləşib. Həmin apteklər vasitəsilə imtiyazlı şəxslərə siyahıdakı dərmanlar pulsuz verilir.

7/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013