Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Bakının Binəqədi rayonunda fəaliyyət göstərən apteklərdə apartdığı yoxlamaları başa çatdırıb (APA)

Mərkəzin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlama Binəqədi rayonunda fəaliyyət göstərən 85 aptekdə aparılıb. Reyd nəticəsində lisenziya müddəti bitən, amma fəaliyyət göstərən 7 aptek aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb. Onlara qarşı həm də İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi əsasında cərimələr tətbiq olunub.

 

P. Əzizbəyov deyib ki, yoxlama zamanı Binəqədidəki apteklərin əksəriyyətinin Səhiyyə Nazirliyinin tələblərinə cavab verdiyi məlum olub. Əvvəlki illərlə müqayisədə apteklərdə Səhiyyə Nazirliyinin normativ sənədlərinə uyğun şərait yaradılıb.

 

İnspeksiya rəisinin sözlərinə görə, hazırda yoxlamalar Bakı şəhəri üzrə aparılır. Mərkəz hazırda Qaradağ, Əzizbəyov, Nərimanov, Nizami, Sabunçu, Xətai, Suraxanı və Yasamal rayonu ərazisində apteklərin dislokasiyalarını yenidən aydınlaşdırır.

 

APA

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013